Azərbaycanda daha bir QHT fəaliyyətini dayandırır

20:15 | 15.08.2014
Azərbaycanda daha bir QHT fəaliyyətini dayandırır

Azərbaycanda daha bir QHT fəaliyyətini dayandırır

Media Hüququ İnstitutu fəaliyyətini dayandırmaq ərəfəsindədir. Bu barədə MHİ-nin yaydığı açıqlamada bildirilir. Bildirilir ki, bu, sivil toplum quruluşları sahəsindəki son ağır durum və eləcə də bir neçə jurnalistin MHİ-nin xidmətlərindən imtina etməsi ilə bağlıdır. “Media Hüququ İnstitutunin İdarə Heyətinin sədri siyasi məhbus olduqları güman olunan şəxslərin adlarının daxil edildiyi siyahıya imza atmadığından bir neçə jurnalist, o cümlədən, müstəqil jurnalist Xədicə İsmayılova, Şahvələd Çobanoğlu Media Hüququ İnstitutunun, eləcə də MHİ ilə əməkdaşlıq etmiş hüquqşunasların hüquq xidmətlərindən imtina olunması ilə bağlı açıqlama veriblər. MHİ həmin jurnalistlərin 10-dan çox işini Avropa Məhkəməsinə hazırlayıb, eləcə də yerli məhkəmələrdə bir neçə işləri var. Bu işlər MHİ tərəfindən yüksək səviyyədə aparılıb. Ancaq MHİ-dən və onunla əməkdaşlıq etmiş hüquqşunaslardan imtina edilməsi adı çəkilən jurnalistlərin seçimidir və onlar qısa zamanda məhkəmə işləri ilə bağlı sənədləri MHİ-nin ofisindən götürə bilərlər”,- deyə MHİ-nin məlumatlında bildirilir. MHİ həmçinin bildirir ki, ümumilikdə, jurnalist hüquqları ilə bağlı Avropa Məhkəməsinədək aparılmiş işlərin sayı 150-dən çox olub. “Ancaq son dönəmdə MHİ-nin fəaliyyətlərini dəstəkləyən donorlarla əlaqələrdə problemlər yaranıb, bu problemlərin çözülməsi güman olunmur. Bu səbəbdən MHİ yəqin ki, apardığı məhkəmə işləri üzrə fəaliyyətləri davam etdirə bilməyəcək və çox güman ki, MHİ yaxın günlərdə bu sahədə fəaliyyətini dayandırmalı olacaq”-deyə MHİ-nin məlumatında vurğulanır. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM