Azərbaycanda daha bir radio fəaliyyətə başlayır

14:28 | 23.11.2015
Azərbaycanda daha bir radio fəaliyyətə başlayır

Azərbaycanda daha bir radio fəaliyyətə başlayır

Dekabrın əvvəllərində Azərbaycanda "Asan radio" fəaliyyətə başlayacaq.

Bunu Trend-ə açıqlamasında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ("ASAN xidmət") informasiya təminatı şöbəsinin müdiri Anar Hüseynov deyib.

Onun sözlərinə görə, radionun yayımı üçün lazım olan bütün texniki avadanlıqlar hazırdır. A.Hüseynov yeni radionun digərlərindən fərqləndirəcək xüsusiyyətləri açıqlayıb: "Asan radio” dövlət xidmətləri sahəsində ixtisaslaşmış radio kimi nəzərdə tutulub. Bu radio vasitəsi ilə daha çox maarifləndirmə, məlumatlandırma işləri həyata keçiriləcək. Radio ilkin mərhələdə Bakı və Abşeron yarımadasında yayımlanacaq. Amma "Asan Radio”nun bütün Azərbaycana yayımı üçün lisenziya alınıb”.

Radio Azərbaycan dilində efirə çıxacaq. Amma müəyyən xəbərlər, məlumatlar bir neçə dəqiqəlik rus və ingilis dillərində də veriləcək.

Qeyd edək ki, sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının iclasında Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə (ASAN xidmət) 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün müsabiqədənkənar 6 il müddətinə xüsusi razılıq (lisenziya) verilib.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM