Azərbaycanda dəhşətli qəza: ölənlər var

10:06 | 27.11.2013
Azərbaycanda dəhşətli qəza: ölənlər var

Azərbaycanda dəhşətli qəza: ölənlər var

"KamAZ"ın təkərinin partlaması Bakı-Qazax avtomagistralında dəhşətli qəzaya səbəb olub. Milli.Az Kəpəz TV-yə istinadən xəbər verir ki, hadisə dünən axsam saatlarında Ağstafa rayonu ərazisində baş verib. Qazaxdan paytaxta sərnişin daşıyan "Mercedes sprinter" qarşıdan gələn "KamAZ"la toqquşub. Qəza yük avtomobilinin qabaq təkərinin partlaması və sürcünün idarəetməni itirməsi nəticəsində baş verib. Zərbənin gücündən içində sərnişin olan mikroavtobus magistral yolun kənarında olan arxa düşüb.Nəticədə "Mercedes sprinter"in sürücüsü 41 yaşlı Qazax rayon Xanlıqlar kənd sakini Mətləb Musatafayev və yol kənarında dayanan Ağstafa rayon Aşağı Göycəli kənd sakini Niyaməddin Tağıyev yerindəcə dünyalarını dəyişiblər. Mikroavtobusda olan digər 7 sərnişin isə müxtəlif bədən xəsarətləri ilə Ağstafa rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.Xəstəxanadan bildirilib ki,zərərçəkənlərdən İlqar Tağıyev, Orxan Əhmədov, Ceyhun Həşimov ilk yardım aldıqdan sonra evə buraxılıblar. Digər yaralılar, biri qadın olmaqla 4 nəfər isə həkim nəzarətindədilər. Faktla ələqədar BDYP-nin İstinaq və Tədiqiqat şöbəsində araşdırma aparılır.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM