Azərbaycanda dəhşətli sevgi intiharı - DRAM

02:36 | 12.02.2014
Azərbaycanda dəhşətli sevgi intiharı - DRAM

Azərbaycanda dəhşətli sevgi intiharı - DRAM

Azadın sevdiyi qız qülləyə çıxaraq onunla danışmağa çalışıb.

Bu gün Kürdəmir rayonunda dəhşətli intihar hadisəsi baş verib. Rayon sakinlərinin Lent.az-a verdiyi məlumata Kürdəmir şəhərində, dəmir yolu stansiyasının yaxınlığındakı müşahidə qülləsinə çıxan gənc oğlan özünü hündürlükdən atıb. Təxminən 30-35 metr hündürlüyü olan qüllədən atılan oğlan ağır vəziyyətdə xəstəxanaya aparılıb.

ANN.Az Lent.az-a istinadən xəbər verir ki, intihar edən oğlan 1995-ci il təvəllüdlü Şıxəliyev Azad Xasay oğludur. O sevdiyi qıza görə günorta saatlarında qülləyə çıxıb və qışqıraraq özünü atacağını deyib. 

Daha sonra A.Şıxəliyevin sevdiyi qız da hadisə yerinə gəlib. Həmin qız da qülləyə çıxaraq Azadla danışmağa çalışıb. Lakin gənc oğlan inadından dönməyib və özünü yerə atıb.

Hadisə ilə bağlı araşdırmalar aparılır.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM