Azərbaycanda ödənişli təhsil alan tələbələrin NƏZƏRİNƏ!

15:59 | 25.02.2014
Azərbaycanda ödənişli təhsil alan tələbələrin NƏZƏRİNƏ!

Azərbaycanda ödənişli təhsil alan tələbələrin NƏZƏRİNƏ!

 Təhsil Nazirliyi Azərbaycanda ödənişli əsaslarla təhsil alan tələbələrin hansı hallarda təhsil haqqını ödəməkdən azad olunmasına aydınlıq gətirib.APA-nın xəbərinə görə, Təhsil Nazirliyinin “Facebook” səhifəsində ali təhsillə bağlı vətəndaşların sualları cavablandırılarkən bildirilib ki,  mövcud qanunvericiliyə uyğun olaraq ali təhsil müəssisələrində ödənişli əsaslarla təhsil alan bəzi kateqoriyalara aid olan tələbələrin təhsil haqqı təsdiqedici sənədlər təqdim etdikləri halda dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Bunlara dövlət ali təhsil müəssisələrində təhsil alan məcburi köçkün və şəhid ailələrindən olan tələbələr, dövlət, bələdiyyə və özəl ali təhsil müəssisələrində əyani təhsil alan, hər iki valideynini 18 yaşına qədər itirmiş və ya ona bərabər tutulan (bir valideynini itirmiş, digər valideyni I və II qrup əlil olan) 23 yaşınadək tələbələr daxildir. Digər hallarda ödənişli əsaslarla təhsil alan tələbələr təhsil haqqını ödəməkdən azad olunmurlar. Təhsil haqqının ödənilməsi ilə bağlı məsələyə gəlincə, qeyd olunub ki, birinci kursdan sonra təhsil haqqı tam və ya tədris ilinin sonunadək hissə-hissə ödənilə bilər. Bu məsələ ali təhsil müəssisələrinin səlahiyyətlərinə aiddir.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM