Azərbaycanda dollara tələbat azalır

11:57 | 01.05.2024
Azərbaycanda dollara tələbat azalır

Azərbaycanda dollara tələbat azalır

Dollara tələbin artımı bu il martın 20-dən sonra səngiyib. Bu barədə Mərkəzi Bankın İdarə Heyətinin sədri Taleh Kazımov bildirib. 

"Valyutaya tələbin çoxalması büdcə xərclərinin ilin başında artması və sahibkarların idxalla bağlı avans ödənişlər etməsi ilə bağlıdır”, - Kazımov bildirib. 

Onun sözlərinə görə, investisiyaların artımı da valyutaya tələb yaradıb. 

"Bundan başqa subyektiv səbəblərə görə, yəni yayılan şaiyələr səbəbindən də dollara artım müşahidə olunub”, - Kazımov bildirib. 

Onun fikrincə, hazırda Azərbaycan valyuta bazarında vəziyyət sabitdir. 


N.Təbrizli

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti