Azərbaycanda doğuş qırğını davam edir: Daha bir faciə

13:09 | 14.07.2014
Azərbaycanda doğuş qırğını davam edir: Daha bir faciə

Azərbaycanda doğuş qırğını davam edir: Daha bir faciə

İyulun 13-də ölkədə 3 ana ölümü faktı qeydə alınıb 

Azərbaycanda doğuş zamanı daha bir ana ölümü faktı qeydə alınıb. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, hadisə Qazax rayonunda baş verib. Belə ki iyulun 13-də Qazax rayon Doğum evində Daş Salahlı kənd sakini Şəhla Abdullayeva doğuş zamanı ölüb.

 

Qeyd edək ki, dünən Hacıqabul rayonunda da oxşar hadisə baş verib. İyulun 2-də Hacıqabul rayon Atbulaq kənd sakini, 1990-cı il təvəllüdlü, üç uşaq anası Əsmər Əli qızı Əzizovanın bətnində olan körpə abort vasitəsilə Hacıqabul Mərkəzi Rayon Xəstəxanasında  götürülüb. Hadisədən iki gün sonra qadının halı pisləşərək yenidən əməliyyat olunub. Əməliyyat olunan qadın xəstəxananın reanimasiya şöbəsində ölüb.

 

Bundan başqa martın 18-də Cəlilabad rayon sakini, 1989-cu il təvəllüdlü Gülnarə Şəmiyeva doğuşla əlaqədar Cəlilabad Mərkəzi Rayon Xəstəxanasının doğum şöbəsinə daxil olub. Təbii doğuş alınmadığı üçün dərhal əməliyyata qaldırılan qadının əkiz oğlan uşaqlarının öldüyü məlum olub. G.Şəmiyeva dünən dünyasını dəyişib.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM