Azərbaycanda dövlət qulluqçularının 27,7%-ni qadınlar təşkil edir

13:43 | 20.05.2014
Azərbaycanda dövlət qulluqçularının 27,7%-ni qadınlar təşkil edir

Azərbaycanda dövlət qulluqçularının 27,7%-ni qadınlar təşkil edir

 Bu il yanvarın 1-nə ölkədə dövlət qulluqçularının sayı 29,7 min nəfər olub ki, onların da 27,7%-ni qadınlar təşkil edib.“APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, dövlət qulluqçularının 3,7%-i inzibati vəzifələrin ali-3-cü təsnifatları üzrə, 76,0%-i 4-7-ci təsnifatları üzrə və 20,3%-i dövlət qulluğunun yardımçı vəzifələrində işləyib. Dövlət qulluqçularının 8,4%-i 1 ilə qədər, 26,3%-i 1 ildən 5 ilə qədər, 23,6%-i 5 ildən 10 ilə qədər, 15,4%-i 10 ildən 15 ilə qədər, 26,3%-i isə 15 il və daha çox qulluq stajına malikdir. Dövlət qulluqçularının yaş qrupları üzrə bölgüsü aşağıdakı kimi xarakterizə olunur: 30 yaşa qədər olanlar 17,2%, 30-34 yaşda 14,0%, 35-44 yaşda 21,8%, 45-54 yaşda 26,9%, 55-62 yaşda 16,2%, 63 və yuxarı yaşda olan dövlət qulluqçuları dövlət qulluqçularının ümumi sayının 3,9%-ni təşkil edib. İşləyənlərin 48,7%-i 35-54 yaşda olanlardır. 4-7-ci təsnifatlar üzrə inzibatı vəzifələrdə çalışanların 1,3%-ni yerli icra başçısının müavinləri, 14,9%-ni şöbə müdirləri, 10,5%-ni şöbə müdirinin müavinləri, 8,5%-ni sektor müdirləri, 26,3%-ni baş məsləhətçilər, 4,7%-ni böyük məsləhətçilər, 12,9%-ni aparıcı məsləhətçilər və 20,9%-ni məsləhətçilər təşkil edib. Dövlət qulluğunun ştat cədvəli üzrə vəzifələri 91,0% komplektləşdirilib. Dövlət qulluqçularının orta aylıq əmək haqqı 2013-cü ildə 464,0 manat təşkil edib.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb