Azərbaycanda üçəm doğuldu, valideynlər kömək istəyir

11:38 | 10.03.2015
Azərbaycanda üçəm doğuldu, valideynlər kömək istəyir

Azərbaycanda üçəm doğuldu, valideynlər kömək istəyir

Kəlbəcərdən məcburi köçkün düşən Tağıyevlər ailəsində 12 ildən sonra ilk övlad dünyaya gəlib. Azərbaycandakı klinikalarda və xaricdə aldıqları uzunmüddətli müalicə prosesindən sonra 1984-cü il təvəllüdlü Pərvanə Tağıyevanın üçəmləri doğulub.

Bu barədə Modern.az-a uşaqların atası Mərdan Tağıyev məlumat verib.

O qeyd edib ki, uşaqlar mart ayının 5-də Mərkəzi Klinikada qeysəriyyə əməliyyatı ilə dünyaya gəlib. Anada doğuş sancıları vaxtından əvvəl başladığından və həyati riski olduğundan həkim Mahirə İsmayılova 7 aylıq ikən uşaqların əməliyyatla götürülməsini məsləhət görüb. 
Uşaqlardan ikisi qız, biri oğlandır. Çəkiləri 1,250, 1,350 və 1,350 kiloqramdır.

"Həkim Mahirə İsmayılova bildirdi ki, uşaqlar aparatdan ayrıldıqdan sonra vəziyyətləri stabilləşsə belə, ən azı 15 gün müddətində küveyzdə saxlanılmalıdır. Vəziyyətləri kritik olan zaman bir uşağın küveyzdə saxlanılması üçün 250 manat, vəziyyət stabilləşdikdən sonra isə 160-170 manat ödəyirik. Özüm Tərtərin Seyidli kəndində sürücü işləyirəm, aylıq gəlirim 150 manatdır. Mətbuat vasitəsilə müraciət edərək, bizə kömək göstərilməsini xahiş edirik. Hər şeyimizi müalicələrə və doğuşdan sonrakı prosedurlar üçün satmışıq. Xəstəxana rəhbərliyindən, həkimlərdən çox razıyıq”-deyə körpələrin atası bildirib.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM