Azərbaycanda ən çox istifadə olunan yalanlar - REYTİNQ

11:20 | 06.11.2014
Azərbaycanda ən çox istifadə olunan yalanlar - REYTİNQ

Azərbaycanda ən çox istifadə olunan yalanlar - REYTİNQ

Əgər bir insan deyirsə ki, həyatda heç vaxt yalan danışmayıb, elə ənböyük yalanı da odur. İnsanın həyatında yalan danışmaması mümkün deyil.Bəs biz azərbaycanlılar ən çox hansı yalanı danışırıq? Bu sualıncavabını öyrənmək üçün Facebook-da kiçik sorğu keçirdik. Sorğumuzdaiştirak edənlər öz fikirlərini yazdılar. Məlum olub ki, Azərbaycanda ən çox danışılan yalanlar bunlardır: 1. "Biz sizinlə əlaqə saxlayacağıq"Buyalanı iş axtaranlar tez-tez eşidirlər. Hər hansı bir vakansiya üçün CVgöndərirlər və müsahibəyə dəvət alırlar. Müsahibədən sonra şirkətinəməkdaşı deyir ki, əlaqə saxlayacağıq. İş axtaran da bəzən aylarla həmin"əlaqənin" nə vaxt saxlanacağını gözləyir. 2. "Gələn aydan idmana başlayıram"Buyalanı isə adətən artıq çəkidən əziyyət çəkən kişilər deyirlər. Onlarhər dəfə planlarını növbəti aya qədər təxirə salırlar. Ancaq aylar-illərötsə də eləmirlər. 3. "Daha bu qədər içməyəcəm".Yığıncaqlarda,toylarda, bayramlarda spirtli içki həddini aşıb, səhəri gün başağrısından əziyyət çəkən adamlar daha belə içməyəcəklərinə söz verirlər.Ancaq növbəti yığıncaqda verilən söz unudulur. 4. "Sabahdan pəhriz saxlayacam, arıqlayacam"Çəkisininartıq olduğunu düşünən qızlar sabahdan pəhriz saxlayacaqlarını vədverirlər. Həmin vədin müddəti isə növbəti dadlı şirniyyat süfrəsinəqədər olur. 5. "Sən məndən daha yaxşısına layiqsən".Adətənoğlanlar qızlardan ayrılmaq üçün bu məşhur kəlmədən istifadə edirlər.Ayrılıqlarına bəraət qazandırmağa çalışırlar. Eyni zamanda ayrılıqlaqızın qəlbini çox da qırmamağa çalışırlar. Ancaq anlamırlar ki, qızlarartıq bu cür yalanları bilirlər. 6. "Sənin barəndə fikrim ciddidir". Əgərqızlar bu sözü oğlandan eşidirlərsə, deməli, işlər qəlizdir. Həminoğlan qızı aldatmağa hazırlaşır. Ürəkdən sevən və ciddi fikirlə qızayaxınlaşan oğlan daha kreativ və romantik sözlər deməyə qadirdir. 7. "Siz sağalacaqsınız, əminəm!" Xəstələrinhəkimlərdən eşitdikləri əsas yalandır. Həkimlər bəzən həqiqəti də bucür deyirlər. Ancaq bu ifadədə həqiqətlə yalan arasında sərhəd o qədəritib ki, xəstə anlamır ki, ümid etsin, yoxsa o dünyaya getməyəhazırlaşsın. Ancaq yenə də ümid hər şeydən güclü olur və qalib gəlir. 8. "Burnumda çəpər əyriliyi var idi"Qızlarburunlarının formasını plastik əməliyyatla dəyişirlər. Ancaq çox nadirhallarda qızlar bunu etiraf edirlər. Adətən çəpər əyriliyi olduğuna görəəməliyyat etdirmək məcburiyyətində qaldıqları barədə nağıllardanışırlar. 9. "Hər şey yaxşıdır". Hərşeyin yaxşı və ya pis olmasından asılı olmayaraq, biz azərbaycanlılar buyalana artıq vərdiş etmişik. Hər dəfə "Hər şey yaxşıdır", "yaxşıyam"kimi cavablar verirlər. Hətta xərçəngdən 3 gün sonra öləcəyi diaqnozuqoyulan ağır xəstə də "Necəsən?" sualına "yaxşıyam" cavabını verir. 10. "Məndə yalan yoxdur. Yalanı xoşlamıram" Əgəradam bu sözləri dedisə, dabana tüpürüb qaçın həmin adamın yanından.Çünki onun ən böyük yalançı olduğunu sonda anlayacaqsınız və artıq gecolacaq. ANN.AzMənbə: Milli.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

Bu gün Azərbaycanda "Anım Günü"dür