Azərbaycanda erkən nikahlara qarşı tədbirlər

11:39 | 21.11.2014
Azərbaycanda erkən nikahlara qarşı tədbirlər

Azərbaycanda erkən nikahlara qarşı tədbirlər

Ötən il Azərbaycanda 15, bu il isə 8 erkən nikahın qarşısı alınıb.

ANN.Az "Report"a istinadən xəbər verir ki, bunu Milli Məclisdə (MM) "Uşaq Hüquqları Konvensiyasının 25 illiyi: reallıqlar və perspektivlər" mövzusunda keçirilən konfransda Ailə, Qadın və Uşaq Problemlərinin həlli Üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bildirib. O qeyd edib ki, regionlarda Komitənin 11 mərkəzi fəaliyyət göstərir: "Bu cür hallar baş verərsə, dərhal əməkdaşlarımız toyu olan uşaqların valideynləri ilə söhbətlər aparır, erken nikahın cinayət olduğunu və bu məsuliyyəti ən çox da valideynlərin daşıdığını deyir, həmçinin hüquq-mühafizə orqanları mərkəzinin əməkdaşları tərəfindən məlumatlandırılır".

H.Hüseynova qeyd edib ki, bu hallara ən çox ucqar kəndlərdə rast gəlinir. "Biz istəyirik ki, erkən nikaha məcbur edilən qız uşaqları üçün ən azı şərait yaradılsın ki, onlar orta məktəbi oxuyub başa çatdırsınlar. Sonra onların ailə qurması mümkün ola bilər. İnsanlarla söhbət edərkən də onlara bu yöndə mənfi təsirlər olduğunu görürəm", - Komitə sədri deyib.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM