Azərbaycanda əsgər hərbçi yoldaşını öldürdü

11:39 | 30.06.2014
Azərbaycanda əsgər hərbçi yoldaşını öldürdü

Azərbaycanda əsgər hərbçi yoldaşını öldürdü

Azərbaycan Ordusunda qətl törədilib.APA-nın məlumatına görə, hadisə Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində qeydə alınıb. Hərbi hissənin əsgəri Yaşar Əhədzadə aralarında yaranmış mübahisə zəminində əsgər yoldaşı İlkin Musayevə dəmir parçası ilə xəsarət yetirib. Nəticədə İ. Musayev aldığı xəsarətdən dünyasını dəyişib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər. Faktla bağlı Hərbi Prokurorluq tərəfindən cinayət işi başlanıb, istintaq tədbirləri davam etdirilir. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM