Azərbaycanda fitosanitar nəzarət gücləndirilir - LAYİHƏ

17:09 | 17.11.2015
Azərbaycanda fitosanitar nəzarət gücləndirilir - LAYİHƏ

Azərbaycanda fitosanitar nəzarət gücləndirilir - LAYİHƏ


 
Bu gün Bakıda Azərbaycan Respublikası Hökuməti ilə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) arasında "Azərbaycanda fitosanitar nəzarətin və diaqnostik xidmətlərin gücləndirilməsi” layihəsi imzalanıb.

ANN.Az qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, layihə sənədini Azərbaycan tərəfindən kənd təsərrüfatı naziri Heydər Əsədov, FAO tərəfindən Təşkilatın Azərbaycandakı Nümayəndəsi Mustafa İmir imzalayıb. Növbəti iki il altı ay ərzində həyata keçiriləcək layihənin məqsədi ölkədə kənd təsərrüfatı məhsullarının istehsalı və ekosistemlər üçün fitosanitar nəzarətin lazımi səviyyədə inkişaf etdirilməsi üçün Dövlət Fitosanitar Nəzarəti Xidməti və Dövlət Gömrük Komitəsi tərəfindən göstərilən nəzarət və diaqnostik xidmətlərin təminatının yaxşılaşdırılmasından ibarətdir.

Bundan əlavə, layihənin 3 əsas komponenti var:

1. Əsas diaqnostika avadanlıqlarının təchizatı, peşəkar işçi heyətə laboratoriya diaqnostikası sahəsində təlimlərin keçirilməsi, təkmilləşdirilmiş diaqnostika üçün strateji planın və laboratoriyalar üçün standart sənədləşdirilmiş əməliyyat qaydalarının hazırlanması vasitəsilə zərərvericilərin diaqnostikasının gücləndirilməsi;

2.Sərhəd məntəqələrində müfəttişlik və zərərvericilərin risk analizi sahəsində milli potensialın artırılması, bu sahədə prioritet qaydaların hazırlanması vasitəsilə idxal tənzimləmə sisteminin idarəedilməsinin təkmilləşdirilməsi;

3.Təlimlərin keçirilməsi, idxalçı ölkələrin idxal tələbləri üzrə elektron məlumat bazasının yaradılması və ixracın sertifikatlaşdırılması üçün lazımi qaydaların hazırlanmasının dəstəklənməsi ilə Azərbaycanda fitosanitar karantin baxışının və ixrac sertifikatlaşdırma sisteminin təkmilləşdirilməsi.
 
Layihə çərçivəsində eyni zamanda, idxal üçün ilkin yoxlama və ya əlavə mexanizmlər vasitəsilə nəzarətin lazımi səviyyədə təmin ediməsinə köməklik göstəriləcək.

 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM