Azərbaycanda güclü partlayış - VİDEO - YENİLƏNİB

11:25 | 08.09.2014
Azərbaycanda güclü partlayış - VİDEO - YENİLƏNİB

Azərbaycanda güclü partlayış - VİDEO - YENİLƏNİB

Xırdalanda yaşayış binasında baş verən partlayış nəticəsində dağıntılar altından daha bir nəfər xilas edilib.APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, 9 yaşlı Ayxan Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən xilas edilərək təcilli tibbi yardım həkimlərinə təhvil verilib. İlkin ehtimala görə, partlayışa qaz sızması səbəb olub. APA-nın məlumatına görə, fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev hazırda hadisə yerindədir və xilasetmə işlərinə birbaşa nəzarət edir. ****Xırdalanda yaşayış binasında baş verən partlayış nəticəsində dağıntılar altından çıxarılan şəxslərdən ikisinin adı məlum olub.Abşeron Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, onlar 1972-ci il təvəllüdlü İsmayılov Vidadi Yunis oğlu və onun oğlu, 2001-ci il təvəllüdlü İsmayılov Yunis Vidadi oğludur. Hər iki şəxs yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. ****** Fövqəladə Hallar Nazirliyi (FHN) Xırdalan şəhəri, 26-cı məhəllədə məcburi köçkünlərin məskunlaşdığı 4 mərtəbəli binadakı mənzillərdən birində baş vermiş güclü partlayışla bağlı ilkin məlumat yayıb.APA-nın FHN-in saytına istinadən verdiyi məlumata görə, hadisə yerinə nazirliyin müvafiq xilasetmə qüvvələri cəlb olunub.Nazirlikdən bildiriblər ki, hazırda xilasedicilər tərəfindən 3 nəfər xilas edilib, 2 nəfərin xilas edilməsi istiqamətində işlər davam etdirilir. **** Xırdalan şəhərində, Mehdi Hüseynzadə küçəsində 4 mərtəbəli daş binada partlayış olub. Axar.az-ın hadisə yerində olan əməkdaşının sözlərinə görə, binada səhər saat 7 radələrində, qaz sızması səbəbindən baş verən partlayış nəticəsində xəsarət alanlar var. Hazırda 7 nəfərin dağıntı altında qaldığı, onlardan 3 nəfərinin uşaq olduğu deyilir. Hadisə yerində xilasedicilər işləyir.**** Azərbaycanda binada partlayış olub.Şahidlərin APA-ya verdiyi məlumata görə, hadisə Xırdalan şəhəri, 26-cı məhəllədə qeydə alınıb. Məcburi köçkünlərin məskunlaşdığı 4 mərtəbəli binadakı mənzillərdən birində güclü partlayış baş verib. Nəticədə binanın bir blokunun 3 mərtəbəsi çöküb, dağıntılar altında qalanlar var. Fövqəladə Hallar Nazirliyindən APA-ya verilən məlumata görə, hadisə yerinə xilasedicilər cəlb olunub. Dağıntılar altında qalanlardan biri xilas edilib. Hazırda digər şəxslərin də xilas edilməsi istiqamətində tədbirlər davam etdirilir.ANN.Az 
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM