Azərbaycanda gənclik həmrəyliyinin böyük uğuru - FOTOLAR

01:28 | 25.02.2014
Azərbaycanda gənclik həmrəyliyinin böyük uğuru - FOTOLAR

Azərbaycanda gənclik həmrəyliyinin böyük uğuru - FOTOLAR

Həkim terrorunun qurbanı Nərminə yardım kampaniyası

Bu gün Bakının iri ticarət mərkəzlərindən biri olan Park Bulvarda xeyriyyə aksiyyası keçirilib. Aksiyanın keçirilməsinə məqsəd 17 yaşlı Nərmin Hüseynlinin müalicəsinə vəsait toplamaq olub.

 

“Axar.az” xəbər verir ki, bir qrup gəncin təşkil etdiyi aksiyaya maraq olduqca geniş idi. Xeyriyyə məqsədilə hər kəs bacardığı qədər maddi yardım edib.

Aksiyanın özəlliklərindən biri də bu idi ki, maddi köməklik etməyə gücü çatmayan insanlar müxtəlif əl işləri, istifadə olunmuş kitablar, ev əşyalarını satmaqla əldə olunan vəsaiti Nərminin sağalması üçün büdcəyə daxil ediblər. 

Qeyd edək ki, aksiyanın davamı nəzərdə tutulur. Növbəti aksiya sabah Metro Parkda, saat 10:00-dan 22:00-dək davam edəcək.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM