Azərbaycanda hava şəraiti mülayimləşəcək

13:46 | 13.03.2014
Azərbaycanda hava şəraiti mülayimləşəcək

Azərbaycanda hava şəraiti mülayimləşəcək

Martın 14-ü günün ikinci yarısından başlayaraq Azərbaycanda hava şəraiti mülayimləşəcək, temperatur yüksələcək.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova Trend-ə bildirib ki, Bakıda və Abşeron yarımadasında martın 14-də havanın buludlu, gecə və səhər bəzi yerlərdə yağıntılı olacağı proqnozlaşdırılır. Günün ikinci yarısında hava dəyişkən buludlu olacaq. Mülayim cənub küləyi üstünlük təşkil edəcək.Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 3-5, gündüz 7-12 dərəcə isti olacaq.Azərbaycanın bölgələrində günün ikinci yarısında yağıntı tədricən kəsiləcək, bəzi yerlərdə duman olacaq, şərq küləyi əsəcək.Aran rayonlarında havanın temperaturu gecə 3-6, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 9-13 dərəcə isti gözlənilir.Yaxın iki gündə Abşeron yarımadasında hava şəraiti meteohəssas insanlar üçün əlverişli olacaq.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM