Azərbaycanda institut direktoru işdən çıxarıldı

14:22 | 13.03.2014
Azərbaycanda institut direktoru işdən çıxarıldı

Azərbaycanda institut direktoru işdən çıxarıldı

Akademik Ağadadaş Əliyev vəzifəsindən azad olunub

AMEA Kimya Problemləri İnstitutunun direktoru vəzifəsindən azad olunub. 

AMEA-nınmətbuat xidmətindən  verilən məlumata görə, Kimya Problemləri İnstitutunun direktoru, akademik Ağadadaş Əliyev vəzifəsindən azad olunub. A.Əliyevin səlahiyyətlərinə öz xahişi əsasında xitam verilib.

Qeyd edək ki, institutun elmi işlər üzrə direktor müavinləri - AMEA-nın müxbir üzvü Mübariz Əhmədov və kimya üzrə elmlər doktoru Vaqif Əhmədov da öz xahişləri ilə tutduqları vəzifədən azad olunublar.

AMEA Rəyasət Heyətinin qərarı ilə institutun direktoru vəzifəsini seçki keçirilənədək AMEA-nın müxbir üzvü Dilqəm Tağıyev icra edəcək.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM