Azərbaycanda institutlardan birinin adı dəyişdirildi

10:56 | 10.12.2015
Azərbaycanda institutlardan birinin adı dəyişdirildi

Azərbaycanda institutlardan birinin adı dəyişdirildi

Dəyişikliklə bağlı qərarı baş nazir Artur Rasi-zadə imzalayıb

Nazirlər Kabineti "Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda dəyişiklik edib.

"Report"un məlumatına görə, dəyişikliklə bağlı qərarı baş nazir Artur Rasi-zadə imzalayıb.

Dəyişikliyə əsasən, Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutu Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu adlandırılıb.

Bu, Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumlarının siyahısına da əlavə edilib.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM