Azərbaycanda koronavirusun "Omikron" ştampına rast gəlmək olar

11:03 | 20.09.2024
Azərbaycanda koronavirusun

Azərbaycanda koronavirusun "Omikron" ştampına rast gəlmək olar

Hazırda Azərbaycanda koronavirusun "Omikron" ştampına rast gəlmək olar. Bunu lent.az-a müsahibəsində Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib. 
 
"Bu altnövlər təxminən eyni klinik əlamətlərlə müşayiət olunur və bunlara görə altnövün müəyyən edilməsi mümkün deyil. Onların hər biri digərindən yoluxuculuq sürətinə görə fərqlənsə də, immunkompetent şəxslərdə heç biri ağır xəstəlik törətmir. Müxtəlif alimlər tərəfindən koronaviruslara qarşı tətbiq edilən peyvəndlərin yeni yaranan ştamlara qarşı da müəyyən qədər effektiv olması barədə ehtimallar səslənməkdədir", - o bildirib. 
 
Nazirlik rəsmisi söyləyib ki, koronavirusla bağlı vəziyyət ölkədəki durum sabitdir. 
 
Bir müddət öncə Rusiya, Gürcüstanda və Ermənistanda, eləcə də Avropanın bəzi ölkələrində koronavirusa yoluxma hallarının artması ilə bağlı məlumatlar paylaşılıb. 
 
Hazırda Azərbaycanda COVID19-la bağlı xüsusi karantin rejimi oktyabrın 1-dək uzadılıb. 
 
Ümumdünya Səhiyyə Təşkilatı mayın 5-də COVİD-19 pandemiyasının bitdiyini elan edib.

COVID-19 pandemiyası ilə əlaqədar Azərbaycanda xüsusi karantin rejimi 2020-ci ilin martından etibarən tətbiq edilir.

Həmin ilin aprelindən isə ölkədə bir sıra qapanmalarla yanaşı, Azərbaycanın quru sərhədləri də bağlanıb. Hazırda pandemiya ilə bağlı məhdudiyyətlər aradan qaldırılsa da, sərhədlər 3 ildir ki, bağlıdır.
 
27 fevral 2020-ci il tarixində koronavirus xəstəliyinin Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin operativ həyata keçirilməsi məqsədilə Nazirlər Kabineti yanında aidiyyəti dövlət orqanlarının və qurumlarının rəhbər şəxslərindən ibarət Operativ Qərargah yaradılıb.
 
Gülnar Nazimqızı





www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM