Azərbaycanda korrupsiya faktları hansı dövlət qurumlarında olub?

13:53 | 22.04.2015
Azərbaycanda korrupsiya faktları hansı dövlət qurumlarında olub?

Azərbaycanda korrupsiya faktları hansı dövlət qurumlarında olub?

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə bu ilin ilk rübündə korrupsiya cinayətlərinə dair daxil olan 190 material üzrə digər dövlət qurumları ilə birgə istintaq-əməliyyat qrupları yaradılıb. Bu günədək Milli Təhlükəsizlik Nazirliyi ilə 1, Daxili İşlər Nazirliyi ilə 101, Vergilər Nazirliyi ilə 19 cinayət işi üzrə istintaq-əməliyyat qrupları yaradılıb.

Trend xəbər verir ki, bunu Baş prokurorun müavini, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi, II dərəcəli dövlət ədliyyə müşaviri Kamran Əliyev bu gün 2015-ci ilin I rübündə görülmüş işlərə dair keçirilən mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Baş İdarəyə Milli Təhlükəsizlik Nazirliyindən 6, Fövqəladə Hallar Nazirliyindən 4, Ədliyyə Nazirliyindən 1, Dövlət Miqrasiya Xidmətindən 1, Daxili İşlər Nazirliyindən 2 material daxil olub. Onlardan bəziləri üzrə cinayət işlərinin başlanması təmin edilib. Bəzi hallarda isə digər tədbirlər görülüb, şəxslərin intizam məsuliyyətinə cəlb edilmələri təmin edilib.

Təkcə hüquq-mühafizə orqanlarından deyil, digər yoxlayıcı qurumlar tərəfindən də Baş İdarəyə materialların göndərilməsi təmin edilib. Baş İdarəyə məhkəmələrdən 20, Maliyyə Nazirliyindən 3, Səhiyyə Nazirliyindən 2, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından 1, digər prokurorluq orqanlarından 3, Təhsil Nazirliyindən 3, Ədliyyə Nazirliyindən 2, Hesablama Palatasından 1, digər qurumlardan isə 15 material göndərilib.
www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM