Azərbaycanda kriminal avtoritetin qətlinin sifarişçisi məlum oldu

16:40 | 11.03.2014
Azərbaycanda kriminal avtoritetin qətlinin sifarişçisi məlum oldu

Azərbaycanda kriminal avtoritetin qətlinin sifarişçisi məlum oldu

Bir neçə gün əvvəl Salyanın Qaraçala kəndində xüsusi amansızlıqla öldürülən, kriminal aləmdə tanınmış şəxslərdən olan 49 yaşlı Aydın Xəlilovun qətlinin sifarişli olduğu üzə çıxıb. Hüquq-mühafizə orqanlarından ANS PRESS-ə verilən məlumata görə, naməlum şəxslər tərəfindən evindən aparılan və 34 bıçaq zərbəsi ilə öldürülən A.Xəlilovun qətlini onun vaxtilə öldürdüyü kriminal avtoritetin qardaşı sifariş edib.Keçirilən əməliyyat zamanı A.Xəlilovun öldürən şəxslər və qətlin sifarişçisi saxlanılıb. Məlum olub ki, Rusiyanın Ufa şəhərində 2006-cı ildə Azər Niftiyev adlı kriminal avtoritetin öldürülməsinə görə onun qardaşı qisas alıb. O, qətlin sifarişini təşkil edib.Qeyd edək ki, martın 4-də Salyan rayonunun Qaraçala kəndi ərazisində tapılan meyidin kimliyi məlum olub. Meyidin Aydın Xəlilov olduğu məlum olub. Onun meyidinin üzərində kəsici-deşici alətlə vurulmuş xəsarətlər aşkarlanıb.Araşdırmalar zamanı qətlə yetirilən Aydın Xəlilovun əvvəllər məhkumluq həyatı yaşadığı məlum olub.Məlum olub ki, A.Xəlilovu öldürənlər 3 nəfər olub. Onlar əvvəlcədən xəbər verildiyi kimi “Prado” markalı “Ceep”də deyil, “Pajero” markalı “Ceep”də olublar. Hazırda əməliyyat istintaq qrupu həmin avtomobili və sahibini müəyyən etməklə məşğuldur. Məsələ ilə bağlı Baş Prokurorluqdan ANS PRESS-ə bildirilər ki, yaxın saatlarda ətraflı məlumat veriləcək.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM