Azərbaycanda körpü uçur - təhlükə

11:10 | 03.03.2014
Azərbaycanda körpü uçur - təhlükə

Azərbaycanda körpü uçur - təhlükə

Ağcabədi rayonunda Qarqar çayının üzərindəki körpü uçmaq təhlükəsi ilə üzləşib.APA-nın Qarabağ bürosunun xəbərinə görə, Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzi və 33 saylı Ağcabədi Yol İstismar İdarəsinin mütəxəssisləri Ağdam-Ağcabədi magistral yolunun 42-ci kilometrliyində yerləşən körpüyə baxış keçiriblər.  Müəyyən olunub ki, qurğunun torpaq səddinin yuyulmasının qarşısını alan dəmir-beton konstruksiyalı dayaqlardan birinin çökməsi üzündən körpü yararsız hala düşüb. Sözügedən yolda yük avtomobillərinin hərəkəti məhdudlaşdırılıb. Mütəxəssislərin rəyinə görə, tezliklə ərazidə bərpa-təmir işləri aparılmasa, qısa müddətdən sonra minik avtomobillərinin də Ağcabədi şəhərinə giriş-çıxışı alternativ yollar vasitəsi ilə həyata keçiriləcək.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM