Azərbaycanda kütləvi zəhərlənmə

17:54 | 29.10.2014
Azərbaycanda kütləvi zəhərlənmə

Azərbaycanda kütləvi zəhərlənmə

Ötən gün Tovuz rayonunda qidadan kütləvi zəhətlənmə qeydə alınıb. Tovuz rayon mərkəzi xəstəxana baş həkimin müavini Sayad Yusifovun ANS PRESS-ə verdiyi məlumata görə, hadisə rayonun Yuxarı Öysüzlü kəndində baş verib.Dünən saat 21 radələrində həmin kəddə yaşayan Xəqani Yusifov, həyat yoldaşı və 5 övladı xəstəxanaya gətirilib. Onların qidadan zəhərləndiyi müəyyənləşib. Bildirdiklərinə görə, pomidor turşusundan zəhərləniblər. Hazırda vəziyyətləri stabildir”, - deyə Sayad Susifov bildirib.Qeyd edək ki, ailənin 14 yaşlı qız övladı Aygün Yusifovanın vəziyyəti nisbətən daha ağırdır.Hazırda onların müalicəsi davam edir. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM