Azərbaycanda limonadın içindən siçan çıxdı: 3 nəfər zəhərləndi

13:23 | 08.01.2015
Azərbaycanda limonadın içindən siçan çıxdı: 3 nəfər zəhərləndi

Azərbaycanda limonadın içindən siçan çıxdı: 3 nəfər zəhərləndi

İmişlidə bir ailənin 3 üzvü limonaddan zəhərlənib.

APA-nın məlumatına görə, İmişli rayonunun Xəlifəli kənd sakinləri 2000-ci il təvəllüdlü Əliyeva İlkanə Kazım qızı, 2001-ci il təvəllüdlü Əliyev Cahid Kazım oğlu və 1997-ci il təvəllüdlü Əliyeva Türkanə Kazım qızı limonaddan zəhərləndiklərinə görə İmişli Rayon Xəstəxanasının infeksion xəstəliklər şöbəsinə yerləşdiriliblər.

Xəstəxanadan bildirilib ki, hazırda onların vəziyyəti qənaətbəxşdir. Uşaqların atasının dediyinə görə, limonadın içindən siçan çıxıb.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM