Azərbaycanda magistratura ilə bağlı qanuna dəyişiklik edilir

17:38 | 17.09.2015
Azərbaycanda magistratura ilə bağlı qanuna dəyişiklik edilir

Azərbaycanda magistratura ilə bağlı qanuna dəyişiklik edilir

Azərbaycanda "Təhsil haqqında” qanuna magistratura ilə bağlı dəyişiklik edilir.
 
Trend-in məlumatına görə, dəyişiklik Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.

Dəyişikliyə əsasən qanunun 22.5-ci maddəsində "təhsil müəssisələrində” sözlərindən sonra "və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatlarda” sözləri əlavə edilib.

Qanunun hazırkı maddəsinə əsasən isə magistratura elmi-pedaqoji kadr potensialı, maddi-texniki bazası və təhsil infrastrukturu kifayət qədər yüksək оlan ali təhsil müəssisələrində yaradıla bilər.

Qanun layihəsi müzakirələrdən sonra Milli Məclisin növbəti plenar iclasına tövsiyə edilib.
www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM