Azərbaycanda mikroavtobus qəza törətdi: 1 ölü, 10 yaralı

09:50 | 03.07.2014
Azərbaycanda mikroavtobus qəza törətdi: 1 ölü, 10 yaralı

Azərbaycanda mikroavtobus qəza törətdi: 1 ölü, 10 yaralı

 Bakı-Qazax yolunda 1 nəfərin ölümü, 10 nəfərin xəsarət alması ilə nəticələn yol qəzası baş verib.APA-nınyerli bürosunun məlumatına görə, hadisə iyulun 3-də saat 04:00radələrində Bakı-Qazax yolunun 261-ci kilometrliyində - Ağdaş rayonərazisində qeydə alınıb. Ucar rayon sakini, 62 yaşlı HacıyevFərman Yusif oğlunun idarə etdiyi 41-BB-557 dövlət nömrə nişanlı, “VAZ-21011” markalı minik maşını ilə əks istiqamətdə hərəkətdə olan,Gürcüstan vətəndaşı, 29 yaşlı Nəzərov Adil Rafiq oğlunun idarə etdiyi“Ford” markalı, “JJC-229” dövlət nömrə nişanlı mikroavtobus toqquşub. Nəticədə “VAZ-21011”-in sürücüsü hadisə yerində dünyasını dəyişib. “Ford”un sürücüsü və 9 sərnişini isə müxtəlif bədən xəsarətləri alıb. Xəsarətalanlardan 7-si - Bakı sakinləri, 30 yaşlı Hacıyev Samir Akif oğlu, 33yaşlı Hüseynova Sərminə Ramiz qızı, Sumqayıt sakinləri - 67 yaşlıOsmanov Ədalət Musa oğlu, 29 yaşlı Mirzəyev Tarif Mahmud oğlu, 42 yaşlıQəzənzadə Yeganə Faxrəd qızı və 49 yaşlı Namazova Turac Qara qızı vəsürücü A. Nəzərov Ucar Mərkəzi Rayon xəstəxanasına yerləşdirilib. Daha3 nəfər - Sumqayıt sakinləri 63 yaşlı Osmanova Gülpəri Əsəd qızı, 25yaşlı Əliyeva Əzizə Xanəhməd qızı və  Gürcüstan vətəndaşı 62 yaşlıƏliyev Əsgər Əkbər oğlu Ağdaş Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Faktla bağlı Baş Dövlət Yol Polisinin İstintaq və Təhqiqat şöbəsində araşdırma aparılır. ***  Bakı-Qazax yolunda ağır yol qəzası baş verib. APA-nın yerli bürosunun məlumatına görə, hadisə iyulun 2-dən 3-ə keçən gecə, saat 04:30 radələrində qeydə alınıb. İlkinməlumatlara əsasən, “VAZ 011” markalı avtomobilin avtobusla toqquşmasınəticəsində 1 nəfər yerində keçinib, 15 nəfər xəsarət alıb. 7 nəfərUcar, 8 nəfər isə Ağdaş Mərkəzi Rayon xəstəxanalarına çatdırılıb. Faktla bağlı araşdırma aparılır.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM