Azərbaycanda mindən çox insan zəhərlənib

17:55 | 02.12.2015
Azərbaycanda mindən çox insan zəhərlənib

Azərbaycanda mindən çox insan zəhərlənib

Dəm qazından zəhərlənmə, ilan və əqrəb sancma, üzvü zəhərlənmələr, dərman preparatından zəhərlənmə, pestisid zəhərlənmə diaqnozu il ərzində Toksikologiya şöbəsinə orta hesabla 2000-2100 xəstə müraciət edir.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, Toksikologiya şöbəsinə bu ilin 9 ayı ərzində 1804 xəstə daxil olub. Onlardan evdə lazımi şəraitdə saxlanmayıb və istifadə müddəti bitmiş dərman preparatlarından zəhərlənmə diaqnozu ilə 700-ə yaxın xəstə, alkoqol ilə zəhərlənmələrlə – 89 xəstə, üzvü həlledicilərlə zəhərlənmələrlə – 63 xəstə, yandırıcı məhlullarla zəhərələnmələrlə – 245 xəstə, məişət kimya məhsulları ilə zəhərlənmələrlə - 5 xəstə, dəm qazı və digər toksiki qazlarla zəhərələnmərlə – 249 хəstə, pestisidlərlə zəhərələnmələrlə - 64 xəstə, göbələk və zəhərli bitkilərlə zəhərələnmələr – 31 xəstə, zəhərli heyvanlarla bağlı zəhərlənmələr – 68 xəstə, kəskin toksiko-allerqik reaksiyalar və digər zəhərlənmələrlə – 236 xəstə daxil olub. Vaxtında şöbəyə müraciət edənlərin hər birini xilas etmək mümkün olub.

Qeyd edək ki, zəhərlənmə halı orqanizmə zəhərli maddənin daxil olması ilə baş verir.

Zəhərlənmə şəxsin qəsdən və ya bilməyərəkdən qəbul etdiyi istənilən kimyəvi maddə, dərman preparatı, adi məişətdə istifadə etdiyimiz məhsuldan baş verə bilər.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM