Azərbaycanda mobil fırıldağın yeni növü – FOTOFAKT

18:54 | 03.11.2014
Azərbaycanda mobil fırıldağın yeni növü – FOTOFAKT

Azərbaycanda mobil fırıldağın yeni növü – FOTOFAKT

Azərbaycanda mobil telefon fırıldağının yeni növü peyda olub.Bu barədə Oxu.Az-a oxucular məlumat veriblər.Bildirilir ki, mobil telefon istifadəçisi aşağıdakı məzmunda bir sms alır: Hörmətli Abonent! 0501234567 nömrəli abonent sizin balansınıza 20 AZN yükləmişdir.Daha sonra həmin nömrənin sahibi guya səhvən balansına pul yüklədiyini iddia etdiyi nömrəyə zəng edərək, ondan həmin məbləğin bir səhv nəticəsində köçürüldüyün bildirir və pulu geri qaytarmağı xahiş edir.İş o həddə çatıb ki, belə fırıldaqçılar hətta hədə-qorxu gəlməkdən də çəkinmirlər.Oxucularımız tərəfindən redaksiyaya göndərilmiş bu tipli SMS-dən birinin təsvirini (screen-shot) təqdim edirik və bütün mobil rabitə istifadəçilərini bu kimi dələduzluq hallarına qarşı diqqətli olmağa, belə dələduzluqla qarşılaşdıqda öz mobil rabitə operatorunu məlumatlandırmağa çağırırıq.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

Bu gün Azərbaycanda "Anım Günü"dür