Azərbaycanda muzdlu işçilərin sayı açıqlandı

11:35 | 12.02.2015
Azərbaycanda muzdlu işçilərin sayı açıqlandı

Azərbaycanda muzdlu işçilərin sayı açıqlandı

Ötən il Azərbaycanda muzdla çalışan işçilərin sayı 1516,1 min nəfər olub.

   Dövlət Statistika Komitəsindən Axar.az-a verilən məlumata görə, onlardan 884,4 min nəfəri iqtisadiyyatın dövlət bölməsində, 631,7 min nəfəri isə qeyri-dövlət bölməsində fəaliyyət göstərib.   Muzdla işləyənlərin 22,2 faizi təhsildə, 18,8 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri sahəsində, 12,8 faizi sənayedə, 8,7 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsində, 7,1 faizi tikintidə, 4,7 faizi nəqliyyat və anbar təsərrüfatında, 3,8 faizi peşə, elmi və texniki fəaliyyət sahəsində, 2,9 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində, 1,7 faizi informasiya və rabitə sahəsində və 17,3 faizi iqtisadiyyatın digər sahələrində çalışıblar.   2014-cü ilin yanvar-dekabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 444,3 manat olub. 

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM