Azərbaycanda nə qədər qadın sürücü var? - Açıqlama

13:22 | 05.03.2014
Azərbaycanda nə qədər qadın sürücü var? - Açıqlama

Azərbaycanda nə qədər qadın sürücü var? - Açıqlama

Azərbaycanda qadın sürücülərin sayı 2013-cü ildə 11166 nəfərə çatıb. ANN.Az-ın Dövlət Statistika Komitəsinin saytına istinadən verdiyi məlumata görə, 2005-ci ildə qadınn sürücülərin sayı 2285 nəfər olduğu halda, 2013-cü ildə bu rəqəm artıb. Beləliklə, Azərbaycan qadınları cəmiyyətimizin tam hüquqlu üzvləri kimi ölkənin sosial, iqtisadi və ictimai-siyasi həyatında fəal iştirak edirlər.Eyni zamanda dövlət qulluğunda çalışanlar arasında qadınların xüsusi çəkisi 28,0 faiz, sahibkarlar arasında isə 17,0 faizdir. Bədən tərbiyəsi və idmanla məşğul olanların 39,7 faizi qadınlardır. Milli Məclisdə qadın millət vəkillərinin sayı da artır. Əgər 1990-cı ildə bütün deputatların 4,3 faizini, 2000-ci ildə 10,7 faizini qadınlar təşkil edirdisə, bu gün ölkə Parlamentində qadınların xüsusi çəkisi 16,0 faizə çatıb. Bələdiyyə üzvü seçilmiş qadınların sayı əvvəlki seçkilərə nisbətən son bələdiyyə seçkilərində 5 dəfə artaraq 4194 nəfərə çatıb və bələdiyyə üzvləri arasında onların xüsusi çəkisi 26,1 faiz olub. Əvvəlki bələdiyyə seçkilərində bu göstərici 4,0 faiz təşkil edib. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM