Azərbaycanda nə qədər şəkərli diabet xəstəsi var?

10:53 | 19.09.2015
Azərbaycanda nə qədər şəkərli diabet xəstəsi var?

Azərbaycanda nə qədər şəkərli diabet xəstəsi var?

Keçən il ərzində Azərbaycanda ilk dəfə şəkərli diabet diaqnozu ilə qeydə alınan xəstələrin sayı 25 152 nəfər təşkil edib. 

Dövlət Statistika Komitəsindən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, qeydə alınan xəstələrdən 7 916 nəfəri Bakı şəhəri üzrə olub.

Statistik göstəricilərə əsasən, ölkə üzrə qeydiyyata alınan xəstələrdən 11 735 nəfəri kişilər, 13 417-si isə qadınlardır. Bakı şəhəri üzrə isə kişi xəstələrin sayı 3 498, qadınlarda isə 4 418 nəfərdir.

Qeyd edək ki, şəkərli diabet – şəkərin qanda xroniki artımıdır. Hazırda dünyada 240 milyondan çox insan bu xəstəlikdən əziyyət çəkir. Hər il Yer üzündə vəfat edən insanların 5 faizi məhz diabet nəticəsində dünyasını dəyişir.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM