Azərbaycanda neçə xristian dua evi var?

22:00 | 07.08.2020
Son hesablamalara görə, ölkə ərazisində 2253 (212-si Naxçıvan Muxtar Respublikasındadır) məscid mövcuddur, eləcə də 14 kilsə, 7 sinaqoq fəaliyyət göstərir.
Anews.az xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dini qurumlarla iş üzrə şöbəsinin müdiri Cahandar Əlifzadə deyib. 

Onun sözlərinə görə, Zaqatala və Balakən rayonlarında 127 hücrə var ki, onların 115-də Ramazan ayında və dəfn mərasimlərində ayin icra olunur: "Ölkə ərazisində 23 xristian dua evi, 1 bəhai, 1 krişna ibadətgahı mövcuddur".

Şöbə müdiri qeyd edib ki, hazırda Azərbaycanda  dövlət qeydiyyatına alınan 942 dini qurum fəaliyyət göstərir: "Onlardan 907-si İslam, 35-i qeyri-islam təmayüllü (24-ü xristian, 8-i yəhudi, 2-si bəhai və 1-i krişna şüuru) dini qurumlardır". 

www.anews.az

Tərəfdaşların xəbərləri

REKLAM