Azərbaycanda neft hasilatı 4,8% azalıb

18:24 | 14.10.2024
Azərbaycanda neft hasilatı 4,8% azalıb

Azərbaycanda neft hasilatı 4,8% azalıb

Azərbaycanın neft hasilatı 2024-cü ilin ilk doqquz ayında  4?8% azalaraq 22,7 milyon tondan 21,6 milyon tona düşüb/ Bu barədə bazar ertəsi Energetika naziri Pərviz Şahbazov bildirib.


Azərbaycanın neft hasilatı bir neçə ildir azalır, çünki BP tərəfindən istismar olunan Xəzər dənizindəki Azəri-Çıraq-Günəşli neft yataqlarında hasilat öz zirvəsinə çatıb.


Azərbaycan enerji bazarlarını dəstəkləmək üçün neft hasilatını məhdudlaşdıran aparıcı neft istehsalçılarının daxil olduğu OPEC+ qrupunun üzvüdür.


Bazar ertəsi Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) tərəfindən dərc olunan hesabatda qeyd edilib ki, Azərbaycanın sentyabrda neft hasilatı avqusta nisbətən gündəlik 482 min barreldən (bpd) 488 min barrelə kimi artıb. 


OPEC+ sazişi çərçivəsində Azərbaycan üçün 2024 və 2025-ci illər üçün müəyyən edilən 551 min barrellik hasilat kvotasından aşağıdır.

 

Nazir bildirib ki,  yanvar-sentyabrda neft ixracı keçən ilki 19 milyon tondan 17,9 milyon tona düşüb. 


Nazirin sözlərinə görə, həmin dövrdə Avropaya qaz ixracı ötən ilin eyni dövründəki 8,6 milyard kubmetrdən 9,4 milyard kubmetrə yüksəlib.


Ümumilikdə, Azərbaycanın qaz ixracı 2023-cü ilin eyni dövründəki 17,8 milyard kubmetrdən 18,4 milyard kubmetrə çatıb. 


Avropada Azərbaycanın təbii qaz ixracı diqqət mərkəzindədir, çünki Rusiya qazının Ukrayna vasitəsilə tranziti üçün razılaşma bu il dekabrın 31-də başa çatır.


Ukrayna, 2022-ci ilin fevralında qonşu ölkəyə minlərlə qoşun göndərmiş Rusiya ilə razılaşmanı uzatmayacağını bəyan edib.


Avropa İttifaqı və Ukrayna Azərbaycanı Rusiya ilə tranzit razılaşması barədə müzakirələrin aparılmasında köməklik göstərməyə çağırıblar.


Aİ, həmçinin, münaqişə səbəbindən Rusiyanın qaz həcmlərinin əhəmiyyətli dərəcədə azalması fonunda itirilmiş Rusiya qazını əvəz etmək üçün Azərbaycanı potensial qaz mənbələrindən biri kimi nəzərdən keçirir.


Lakin Azərbaycanın qaz hasilatını əhəmiyyətli dərəcədə artırması illər çəkə bilər.

 

N.Təbrizli


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM