Azərbaycanda nikah qurmaq istəyən 45 nəfərdə İİV aşkarlandı

15:02 | 01.12.2015
Azərbaycanda nikah qurmaq istəyən 45 nəfərdə İİV aşkarlandı

Azərbaycanda nikah qurmaq istəyən 45 nəfərdə İİV aşkarlandı

Şöbə müdiri: "Son 6 ayda nikaha daxil olmaq istəyən 62 302 şəxs İİV müayinəsindən keçirilib”

"Ailə Məcəlləsinə edilən dəyişikliklərlə əlaqədar son 6 ayda nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinəsi çərçivəsində 62 302 şəxs İİV-ə görə müayinəyə cəlb olunub və 45 nəfərdə İİV-ə yoluxma faktı aşkarlanıb”. "Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Respublika QİÇS-lə Mübarizə Mərkəzinin şöbə müdiri Natiq Zülfüqarov deyib.

O bildirib ki, əvvəlki illərdə olduğu kimi, bu ilin 11 ayı ərzində mərkəz maarifləndirmə tədbirlərini davam etdirib: "İİV-ə görə müayinənin əlçatanlığını təmin etmək məqsədilə ölkə ərazisində 50 stasionar və 12 səyyar məntəqədən ibarət könüllü məsləhət və müayinə şəbəkəsi fəaliyyət göstərir. Risk qrupları arasında İİV-in yayılmasının qarşısını almaq üçün, QHT-lər və əlaqəli beynəlxalq qurumlarla iş davam etdirilir”.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM