“Azərbaycanda parkomantların fəaliyyətini hansısa məmur tənzimləyir” - Ekspert

20:00 | 22.10.2014
“Azərbaycanda parkomantların fəaliyyətini hansısa məmur tənzimləyir” - Ekspert

“Azərbaycanda parkomantların fəaliyyətini hansısa məmur tənzimləyir” - Ekspert

“Azərbaycanda maşınların park edilməsi, bu zaman ödənişlə bağlı qanunvericilikdə heç bir şey yoxdur”.  Bunu Modern.az-a nəqliyyat eksperti Ərşad Hüseynov Azərbaycanda maşınların park edilməsi məsələsinə aydınlıq gətirərkən deyib. O qeyd edib ki, dünyanın bütün ölkələrində maşın dayanacaqları ödənişli deyil. Bəzi ölkələrdə parkomantlar pullu ola bilər, lakin bizdəki kimi park edilməyə görə o qədər pul almırlar. “Dayanacaqlarda ilk 15-20 dəqiqə üçün güzəştlər olur. Bəzi ölkələrdə park edilmə müəyyən şərtlərlə pulludur. Məsələn, 4 saat saxlayandan sonra gəlib maşınını götürməlisən. Hətta ən inkişaf etmiş ölkə olan Fransada belə, axşam 8-dən, səhər 8-ə qədər dayanacaqlar pulsuzdur. Bundan başqa, bayram günləri, həftə sonları parkomantlar pulsuz olur”. Ərşad Hüseynov bu məsələyə Azərbaycanda aydınlıq gətirilmədiyini və hansısa məmurun öz istəyi ilə bu fəaliyyəti tənzimlədiyini vurğulayıb. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

Bu gün Azərbaycanda "Anım Günü"dür