Azərbaycanda partlayış: yaralılar var

16:59 | 25.02.2014
Azərbaycanda partlayış: yaralılar var

Azərbaycanda partlayış: yaralılar var

Tovuz rayonun Əlibəyli kəndində partlayış baş verib.İkimərtəbəli yaşayış evinin birinci mərtəbəsində qeydə alınan hadisə zamanı ev sahibi, 31 yaşlı Şirxan Sərhədov ciddi yanıq xəsarətləri alıb. Kənd sakini yaşadığı mənzildə səhər saatlarında qaz sobasını yandıran zaman ani ehtiyatsızlıqdan sobanın içinə dolan qaz partlayıb.Qaynar.info Kəpəz TV-yə istinadən xəbər verir ki, üz nahiyəsindən və əllərindən yanıq xəsarətləri alan Əlibəyli sakini Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Həkimlər onun həyatı təhlükəsi olmadığını və vəziyyətinin kafi olduğunu bildirib. Hadisə zamanı Şirxan Sərhədovun həyat yoldaşı da əllərindən yanıq xəsarətləri alıb. Xoşbəxtlikdən onun mənzilində olan övladları hadisədən zərər çəkməyiblər.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM