Azərbaycanda pensiyalarla bağlı YENİLİK

10:53 | 12.11.2014
Azərbaycanda pensiyalarla bağlı YENİLİK

Azərbaycanda pensiyalarla bağlı YENİLİK

DSMF pensiya sistemi ilə bağlı yeni sənədlər hazırlayacaqDövlət Sosial Müdafiə Fondunda “2014-2020-ci illərdə Azərbaycan Respublikasında pensiya təminatı sisteminin islahatı Konsepsiyası”ndan irəli gələn vəzifələrin icrası məqsədilə xüsusi əlaqələndirmə komissiyası yaradılıb.ANN.Az ANS PRESS-ə istinadən məlumat verir ki, bu barədə media nümayəndələrinə açıqlamasında DSMF-in sədri Elman Mehdiyev məlumat verib.DSMF sədri vurğulayıb ki, pensiya islahatları çərçivəsində hazırlanacaq normativ sənəd layihələri mütəmadi şəkildə ictimai müzakirələrə çıxarılacaq: "Sənəd ölkəmizdə pensiya təminatı sisteminin formalaşmasında beynəlxalq inkişaf tendensiyalarının nəzərə alınması və pensiya təminatının daim yenilənən müasir tələblərə uyğunlaşdırılması, inkişaf etmiş ölkələrin bu sahədə təcrübəsindən istifadə edilməklə uzunmüddətli dövr üçün pensiyaçıların etibarlı sosial müdafiəsinə nail olması məqsədi daşıyır".E.Mehdiyev Konsepsiyada nəzərdə tutulan sosial sığorta normativinin strukturunun optimallaşdırılması, güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququ olanlara tələb olunan minimum sığorta stajı illərinin sığorta prinsiplərinə uyğunlaşdırılması kimi məsələlər müzakirə olunacaq.

"Pensiyaya daha gec çıxmağı stimullaşdıran, pensiyaya daha tez çıxmağa marağı azaldan mexanizmlərin tətbiqi, erkən pensiyaya çıxma hallarının məhdudlaşdırılması və digər məsələlərlə bağlı qaldırılan sualları cavablandıraraq vurğulayıb ki, yeni mərhələdə pensiya islahatları çərçivəsində həyata keçirilən tədbirlər, hazırlanacaq normativ sənəd layihələri mütəmadi şəkildə ictimai müzakirələrə çıxarılacaq".

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM