Azərbaycanda qadın məhkumlara şəxsiyyət vəsiqəsi verildi

21:32 | 07.03.2014
Azərbaycanda qadın məhkumlara şəxsiyyət vəsiqəsi verildi

Azərbaycanda qadın məhkumlara şəxsiyyət vəsiqəsi verildi

Bu gün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 4 saylı cəzaçəkmə müəssisəsində “ASAN xidmət” mərkəzi tərəfindən qadın məhkumlara şəxsiyyət vəsiqələrinin verilməsi ilə bağlı tədbir keçirilib. AzərTAc xəbər verir ki, tədbirdə çıxış edən ədliyyə nazirinin müavini, Penitensiar Xidmətin rəisi, ədliyyə general-leytenantı Mədət Quliyev məhkumlara ilk dəfə şəxsiyyət vəsiqəsinin təqdim olunduğunu bildirib. Qeyd olunub ki, bu tədbirlər davam etdiriləcək və bütün məhkumlar şəxsiyyət vəsiqəsi ilə təmin olunacaqlar. Penitensiar Xidmətin rəisi bu işin təşkilinə görə “ASAN xidmət”in və Daxili İşlər Nazirliyinin əməkdaşlarına minnətdarlığını bildirib. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədrinin müavini Ülvi Mehdiyev diqqətə çatdırmışdır ki, “ASAN xidmət” dövlətlə vətəndaşlar, dövlət məmurları ilə dövlət təsisatları arasında qarşılıqlı münasibətlərin yeni formasıdır. “ASAN xidmət” həqiqətən artıq müasir Azərbaycanın brendinə çevrilib. Daha sonra tədbirdə Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aynur Sofiyeva çıxış edərək tədbirin əhəmiyyətindən danışmışlar. Onlar qadın məhkumları 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib. Tədbirin sonunda 66 qadın məhkuma şəxsiyyət vəsiqəsi təqdim olunub.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM