Azərbaycanda qatarlarda WİFİ olacaq - Nə zaman?

16:14 | 24.11.2014
Azərbaycanda qatarlarda WİFİ olacaq - Nə zaman?

Azərbaycanda qatarlarda WİFİ olacaq - Nə zaman?

Azərbaycan Dəmiryolları şəbəkəsində WİFİ sistemi qurulacaq. Hərəkətdə olan qatarlarda da internetə giriş pulsuz olacaq.

ANN.Az AzVision.az-a istinadən xəbər verir ki, bu haqda məlumatı “Azərbaycan Dəmir Yolları "Qapalı Səhmdar Cəmiyyəti (QSC) mətbuat katibliyinin rəisi Nadir Əzməmmədov deyib. N. Əzməmmədov bildirib ki, hazırda bu məsələ ilə bağlı işlər görülür. Onun sözlərinə görə dəmiryolunun WİFİ-ilə təmin olunması üçün əvvəlcə Rusiya və Gürcüstan kimi qonşu ölkələrlə razılıq əldə olunmalıdır:“Qataralara WİFİ quraşdırılacaq. Qatarlar hərəkətdə olduğuna görə bu məsələdə bir az çətinliklər üzə çıxır. Bunu qatar gedən başqa ölkələrlə də razılaşdırmaq lazımdır. Rusiya ilə hələ ki, razılıq əldə olunmayıb. Bütün bölgələrimizə və xarici ölkələrə gedən qatarlarda da bu sistemin qurulması planlaşdırılıb. Ona görə də həmin ölkələrlə müəyyən razılaşmalar əldə edilməlidir. Gərək WİFİ sistemi bizim ərazi ilə yanaşı başqa yerlərdə də istifadə olunsun”.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb