Azərbaycanda qəsdən adam öldürmə cinayətinin STATİSTİKASI

20:15 | 06.02.2015
Azərbaycanda qəsdən adam öldürmə cinayətinin STATİSTİKASI

Azərbaycanda qəsdən adam öldürmə cinayətinin STATİSTİKASI

Baş Prokurorluğun əlaqədar struktur qurumları və tabe prokurorlara müvafiq tapşırıqlar verilib

Ötən il Azərbaycanda 205 qəsdən adam öldürmə cinayəti qeydə alınıb.

"Report" xəbər verir ki, Baş Prokurorluğun mətbuat xidmətinin yaydığı məlumata görə bunu Baş Prokuror Zakir Qaralov prokurorluq orqanlarının geniş kollegiya iclasında çıxışı zamanı bildirib.

Baş prokuror bu qəbildən olan cinayətlərdən 83-nün isti izlərlə açılmasına baxmayaraq, qəsdən adam öldürmə cinayətlərinin sayının artması bu qəbildən olan cinayətin bağlı qalması həyata keçirilən istintaq və əməliyyat-axtarış tədbirlərinin ciddi nöqsanı kimi dəyərləndirib.

Onun sözlərinə görə, 12 belə cinayətin, o cümlədən Bakı şəhərinin Suraxanı və Nizami rayonlarında, Gəncə, Sumqayıt, Şirvan şəhərlərində, Neftçala, Tərtər, Salyan, Xaçmaz, Xızı, Qəbələ və Ucar rayonlarının hər birində 1 cinayət bağlı qalıb.

Baş Prokurorluğun əlaqədar struktur qurumları və tabe prokurorlara 2014-cü ildə və əvvəlki illərdə törədilməklə bağlı qalan qəsdən adam öldürmə cinayətlərinin açılması üçün zəruri tədbirlərin görülməsi, daxili işlər orqanları ilə qarşılıqlı əlaqədə konkret hadisələr üzrə istintaq və əməliyyat-axtarış işlərinin real vəziyyətinin öyrənilməsi yolu ilə onların intensivliyinin artırılması, səlahiyyət dairəsində olan bütün imkanlardan istifadə olunmaqla təqsirkar şəxslərin müəyyən olunmasının təmin edilməsi ilə bağlı müvafiq tapşırıqlar verilib.
 
ANN.Az
 

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM