​Azərbaycanda quş qripi ilə bağlı vəziyyət açıqlanıb

11:48 | 18.05.2015
​Azərbaycanda quş qripi ilə bağlı vəziyyət açıqlanıb

​Azərbaycanda quş qripi ilə bağlı vəziyyət açıqlanıb

Hazırda Azərbaycanda quş qripi (H5N1) ilə bağlı vəziyyət sabitdir. Lakin ölkədə bu təhlükə həmişə gözlənilir və hər zaman ehtiyatlı olmaq lazımdır.

 Bunu "Report"a açıqlamasında Kənd Təsərrüfatı Nazirliyi heyvandarlığın inkişafı şöbəsinin müdiri Qalib Əbdüləliyev bildirib.

Onun sözlərinə görə, bu xəstəliyin mənbəyi köçəri quşlardır. Azərbaycan isə şimaldan cənuba doğru bu quşların uçuş marşrutunun üzərində yerləşir.

"Ona görə, bizdə bu təhlükə həmişə gözlənilir və həmişə ehtiyatlı olmaq lazımdır. Dövlət Baytarlıq Xidməti tərəfindən bununla bağlı monitorinqlər aparılır. Beynəlxalq Heyvan Sağlamlığı Təşkilatı (OIE) Amerika, Avropa ölkələri, habelə Türkiyədən quş ətinin idxalının dayandırılmasına dair qərar qəbul edib. Amma bu gün aparılan monitorinqlər göstərir ki, ölkədə quş qripi ilə bağlı vəziyyət sabitdir", - deyə Q.Əbdüləliyev bildirib.

Şöbə müdiri qeyd edib ki, hazırda Azərbaycanda yumurtaya olan tələbat daxili istehsal hesabına tam ödənilir. Ölkə quş ətində də tam təminata nail olmaq üzrədir.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM