Aktrisanın uşağı tələf oldu - Direktoru məhkəməyə verir - FOTO

20:17 | 28.07.2019
Aktrisanın uşağı tələf oldu - Direktoru məhkəməyə verir - FOTO

Aktrisanın uşağı tələf oldu - Direktoru məhkəməyə verir - FOTO

İrəvan Dövlət Azərbaycan Dram Teatrının aktrisası Şəbnəm Cəbrayılova direktor İftixar Piriyevi məhkəməyə verir.
Anews.az xəbər verir ki, bu barədə "Ölkə.Az"-a Ş.Cəbrayılova özü bildirib. Aktrisa qeyd edib ki, direktoru məhkəməyə verməsinə səbəb övladının tələf olmasıdır:
"Hamilə olduğum üçün truppa müdirinə əvvəlcədən bildirdim ki, yay qastrollarının yalnız üçündə iştirak edə biləcəyəm. Çünki həkim icazə vermir. Buna baxmayaraq, qastrollarda iştirak etdim. Amma dördüncü qastrola gedə bilmədiyim üçün xəbərim olmadan əmrimi verib, məni işdən çıxarıblar".
Hazırda vəziyyətinin ağır olduğunu deyən aktrisa, aidiyyatı qurumlara, həmçinin məhkəməyə müraciət edəcəyini açıqlayıb. 
Mövzunu diqqətdə saxlayacağıq.
 



www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM