Azərbaycanda sosial, işsizlikdən və icbari tibbi sığorta daxilolmaları açıqlanıb

11:52 | 05.04.2024
Azərbaycanda sosial, işsizlikdən və icbari tibbi sığorta daxilolmaları açıqlanıb

Azərbaycanda sosial, işsizlikdən və icbari tibbi sığorta daxilolmaları açıqlanıb

2024-cü ilin yanvar-martında Azərbaycanda muzdlu işçi sayının və əməkhaqqı fondunun "ağarması” prosesi şəraitində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar1,3 milyard manatdan çox olub. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 10,7 % çoxdur. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumat yayıb.

Son 1 ildə qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 12,5 % artaraq 847,3 milyon manat təşkil edib.

Hesabat dövründə işsizlikdən sığorta haqları üzrə daxilolmalar 10,8 % artaraq 46 milyon manata, o cümlədən qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 13,5 % artaraq 34,7 milyon manata çatıb.

2023-cü ildə 8, 370 nəfərə işsizlikdən sığorta ödənişləri ödənilib. Bunu Dövlət Məşğulluq Agentliyinin sədri Mustafa Abbasbəyli deyib.

O bildirib ki, sığorta ödənişlərinə artıq avtomatlaşdırılmış qaydada təyinatına başlanılıb.

2022-ci il işsizlikdən sığorta ödənişləri 6, 333 nəfəri, 2021-ci il isə 3, 734 nəfəri əhatə edib.
 
 
Aytac Zeynalova
 

 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb