• $ 1.7
  • € 1.9615
  • ₽ 0.021291
  • ₺ 0.0401
  • £ 2.2254

Azərbaycanda sosial mediadan istifadə edən şəxslərin sayı açıqlanıb

Azərbaycanda sosial mediadan istifadə edən şəxslərin sayı açıqlanıb
19.01.2023 16:19
Ötən il Azərbaycan əhalisinin 72,2%-i sosial mediadan istifadə edib, 1,6 milyon isə "Facebook" istifadəçisi olub. Bu barədə Sosial Tədqiqatlar Mərkəzinin rəy sorğusundan bildirilib.
 
Bildirilib ki, ölkədə "Facebook” istifadəçilərinin 30,1%-i qadın, 69,9%-i kişi olub.

Sosial media istifadəçiləri arasında 18-35 yaş intervalında olanlar üstünlük təşkil edib.
 
"GlobalStats”-ın məlumatına görə, "İnstagram” və "YouTube” istifadəçiləri ötən ilin sonundan etibarən üstünlük təşkil edib.

Aparılan sorğu nəticəsində istifadəçilərinin 43,6%-i "YouTube”, "35,8%-i "İnstagram”, 26,5%-i "Facebook”, 25,0%-i "TikTok”, 6,4%-i isə "Twitter” platformalarından istifadə etdiyi məlum olub.
 
Sosial media istifadəçiləri arasında 18-35 yaş intervalında olanlar üstünlük təşkil edib. "İnstagram” istifadəçilərinin 73,9%-i, "YouTube” istifadəçilərinin 52,2%-i, "TikTok” istifadəçilərinin 43,5%-i bu yaş kateqoriyalarına aid olub.

Sorğu nəticələrinə əsasən, insanların 27,8%-i heç bir sosial media platformasından istifadə etmədiyini bildirib ki, onların da əsas hissəsi (60.8%-i) yaşı 65-dən yuxarı olan şəxslərdir.

Ali təhsillilərin 82,3%-i, orta təhsillilərin isə 66,7%-i sosial media istifadəçisi olduğu məlum olub.

Respondentlərin orta hesabla 42,5%-i 1 saata qədər, 38,9%-i 1-3 saat, 9,6%-i 3-5 saat, 8,6%-i gün ərzində 5 saatdan çox vaxt keçirdiklərini bildirib.
 
Sorğu 18 yaşından yuxarı 384 nəfər arasında telefonla müsahibə formasında keçirilib. Sorğu 12 iqtisadi rayonu əhatə edib və gender balansı təmin edilib.
 
Aytac




www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 21:22
Bu ərazilərdə qaz olmayacaq
Ruben Vardanyanın məhkəməsində ifadələr dinlənilib
Cəmiyyət 19:53
Ruben Vardanyanın məhkəməsində ifadələr dinlənilib
Yasamalda 3 nəfərin öldüyü yanğınla bağlı saxlanılan klinika direktoru həbs edilib
Cəmiyyət 18:59
Yasamalda 3 nəfərin öldüyü yanğınla bağlı saxlanılan klinika direktoru həbs edilib
Leyla Əliyeva Qaradağda yeni parkın açılışında
Cəmiyyət 18:42
Leyla Əliyeva Qaradağda yeni parkın açılışında
Naftalanda sanatoriyada meyit tapılıb
Cəmiyyət 18:07
Naftalanda sanatoriyada meyit tapılıb
Nazir İtaliyaya rəsmi səfərə gedib
Cəmiyyət 17:47
Nazir İtaliyaya rəsmi səfərə gedib
Kürdəmirdə canavarlar kəndə hücum etdi: bir ailənin 16 qoyunu tələf olub
Cəmiyyət 17:38
Kürdəmirdə canavarlar kəndə hücum etdi: bir ailənin 16 qoyunu tələf olub
Bakıda binada yanğın söndürülüb - Yenilənib
Cəmiyyət 17:16
Bakıda binada yanğın söndürülüb - Yenilənib
Moskva istiqamətində uçan 9 PUA vurulub
Cəmiyyət 17:01
Moskva istiqamətində uçan 9 PUA vurulub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol