Azərbaycanda təhlükəli yağlar təkrar istifadə olunacaq

19:38 | 05.03.2014
Azərbaycanda təhlükəli yağlar təkrar istifadə olunacaq

Azərbaycanda təhlükəli yağlar təkrar istifadə olunacaq

Azərbaycan Milli Elmlər Akademiyası akad. Ə.M.Quliyev adına Aşqarlar Kimyası İnstitutunda ekoloji gərginlik yaradan işlənmiş sürtkü yağlarının təkrar istifadəsi istiqamətində elmi tədqiqatlara başlanılıb. Azərbaycan Milli Elmlər Akademiyası Aşqarlar Kimyası İnstitutunun mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, institutun direktoru, akademik V.Fərzəliyevin sözlərinə görə, respublikada avtomobil və digər texnikanın parkı ildən ilə sürətlə artır və bunlarda istifadə olunan sürtkü yağlarının kənara atılması ətraf mühütü çirkləndirməklə ekoloji gərginlik yaradır. Ona görə, müasir neft-kimya elminin qarşısında duran əsas məsələlərdən biri də həmin zərərin minimuma endirilməsidir. Bu nöqteyi nəzərdən ekoloji gərginliyi mümkün qədər azaltmaq üçün, bir tərəfdən, sürtkü yağlarının keyfiyyətini xüsusi əlavələrlə -aşqarlarla yaxşılaşdıraraq onların işləmə müddətini artırmaq, digər tərəfdən isə, işlənmiş yağları regenerasiya (bərpa) edib yenidən istifadə etmək lazımdır”.Akademik qeyd edib ki, İnstitutda işlənmiş yağlarının təkrar istifadəsini təmin etmək üçün yeni regenerasiya üsulu – texnoloji proses işlənmiş, alınan məhsullar əsasında aşqar kompozisiyası ilə əmtəə yağının analoqu yaradılıb. Müəyyən edilmişdir ki, müxtəlif təyinatlı motor yağının yaradılmasında regenerasiya olunmuş yağlar baza yağı kimi istifadə edilə bilər.V.Fərzəliyev onu da qeyd edib ki, bu istiqamətdə sistemli tədqiqatların davam etdirilməsi üçün YUNESKO və Rusiyanın aparıcı sənaye müəssisəsi “PhosAgro” arasında imzalanan tərəfdaşlıq müqaviləsinə əsasən, sözügüedən qurumlar və İUPAC tərəfindən “yaşıl kimya” sahəsində çalışan gənc alimlər üçün elan edilən təqaüd proqramına yeni layihə təqdim edilib.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM