Azərbaycanda tonlarla naməlum ət aşkarlandı

15:05 | 14.02.2014
Azərbaycanda tonlarla naməlum ət aşkarlandı

Azərbaycanda tonlarla naməlum ət aşkarlandı

Reydə Siyalə Rüstəmova rəhbərlik edir.

Bərdə rayonunda yararsız halda olan və mənşəyi məlum olmayan tonlarla ət tapılıb.

ANN.Az APA-ya istinadən xəbər verir ki,  Respublika Baytarlıq Xidmətinin əməkdaşlarının keçirdiyi reyd zamanı məlum olub ki, Bərdə şəhər sakini Seyfəddin Novruzovun həyətində antisanitar vəziyyətdə saxlanılan xeyli miqdarda ət var.

DBX-nin Mətbuat Xidmətinin rəisi Yolçu Xanvəli APA-nın Qarabağ bürosuna bildirib ki, S.Novruzovun həyətində müəyyən olunan saxlanc yerində hətta iki il əvvəl kəsilmiş heyvanın əti də tapılıb:

“Tapılan ətin xeyli hissəsinin mənşəyi məlum deyil. Hazırda əməkdaşlarımız buradakı ətin miqdarını və mənşəyini müəyyən etməyə çalışırlar”.

Reydə DBX rəisi Siyalə Rüstəmova rəhbərlik edir.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM