Azərbaycanda traktor istehsalı azalıb

13:26 | 20.04.2016
Azərbaycanda traktor istehsalı azalıb

Azərbaycanda traktor istehsalı azalıb

2016-cı ilin I rübündə Azərbaycanda 226 traktor istehsal edilib. Bu, 2015-ci ilin analoji dövr göstəricisindən 19 faiz azdır.

Trend-in məlumatına görə, bu barədə Dövlət Statistika Komitəsinin cari ilin I rübünün yekunları üzrə hesabatında deyilir.

2016-cı ilin ilk üç ayında Azərbaycanda 46 yük avtomobili istehsal edilib ki, bu da 2015-ci ilin analoji dövrünün göstəricisindən 63,5 faiz azdır.

Qeyd edək ki, Azərbaycanda nəqliyyat vasitələrinin istehsalı üzrə iki zavod - Naxçıvan və Gəncə avtomobil zavodları fəaliyyət göstərir.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb