Azərbaycanda türk liseylərinin yenidən açılmasında Ərdoğan izi

13:52 | 05.09.2014
Azərbaycanda türk liseylərinin yenidən açılmasında Ərdoğan izi

Azərbaycanda türk liseylərinin yenidən açılmasında Ərdoğan izi

Xəbər verdiyimiz kimi, Azərbaycanda bağlanan türk liseyləri yenidən fəaliyyətə başlayıb. Məktəblər bağlanan zaman bu qərarı tənqid edən millət vəkili Fazil Mustafa “Qafqazinfo”ya açıqlamasında liseylərin bərpasına münasibət bildirib.F.Mustafa qeyd edib ki, bu məsələdə xeyli gecikmə oldu: “Bu da təhsil prosesinə böyük zərbə vurdu. Amma yenə də müsbət bir haldır ki, yeni formada bərpa etdilər.Əslində indi bilmirəm idarəetmə necə olacaq. Təhsil sistemində varisliyin necə qorunub saxlanacağı önəmli məsələdir. Ümid edək ki, orada olan keyfiyyətli, hazrılıqlı müəllimlər yenidən clb edilər. Amma bu vaxta kimi xeyli zədələnmə oldu. Xeyli uşaqlar başqa məktəblərə sənədlərin verdilər. Ümumi olaraq, bütün hallarda müsbət bir haldır. Ən azından məktəblərin tam məhv olmasına imkan vermədilər”.Liseylərin bağlanıb açılmasının Ərdoğanın səfərlərinə təsadüf etməsinə deputat belə münasibət bildirib: “Bu məsələdə Türkiyənin razılığı ilə bu qədər gözlənildi və eyni razılıqla da müsbət addım atıldı. Çünki indiyə qədər gözləmək, təhsil posesinin pozulmasından sonra bu addımın atılması onu göstərir ki, Azərbaycan Ərdoğana bunun yanlış qərar olduğunu izah edib. Hər hansı bir şəkildə ölkənin bu qədər təhsil problemi olduğu halda qabaqcıl məktəblər bağlanması zərərlidir. Ərdoğan da bunu anlayışla qarşıladığına görə belə bir addım atıldı”. F.Mustafa yanlış qərara öncədən razılıq verilməsinə iki ölkə arasında münasibətlərin korlamamaq istəyinin səbəb olduğunu bildirdi: “Bu məsələdə Azərbaycan Türkiyə ilə münasibətlərin pozulmamsı naminə bu addımı atdı. Ərdoğan daxili siyasətdə hansı iş görürsə, bu öz işidir. Amma xarici siyasətdə məktəblərin bağlanması Türkiyənin marağına uyğun deyildi. Bütün hallarda bu səhv qərar idi. Bu qərardan ən azı bu mərhələdə, başqa bir formada dönülməsi ilə işin keyfiyyətinin nə dərəcədə saxlanacağını bilmirəm. Ümid edək ki, dövlətin özünün də bu məsələyə yanaşması həlledici rol oynayacaq və keyfiyyətli təhsilin aradan qalxmasına imkan verilməyəcək”.Qeyd edək ki, Təhsil Nazirliyi dünən liseylərlə bağlı açıqlama yayıb. Açıqlamada qeyd olunur ki, Azərbaycan Respublikasının Konstitusiyası ilə təsbit edilmiş təhsil hüquqlarını təmin etmək və təhsillərini yüksək səviyyədə davam etdirilməsinə imkan yaratmaq məqsədi ilə Təhsil Nazirliyi Bakı şəhərində Akademik Zərifə Əliyeva adına liseydə, regionlardan isə Gəncə, Şirvan, Quba, Lənkəran, Mingəçevir və Ağdaşda fəaliyyət göstərən və şagirdlərinin nailiyyətlərinə görə həmin bölgədə ilk pillələri tutan dövlət ümumi təhsil müəssisələrində eksperimental pilot siniflərin açılması barədə qərar qəbul edib.Qəbul olunmuş qərara əsasən eksperimental pilot siniflər həmin şəhərlərdə mövcud olan ABTK-nın bağlanmış lisey binalarında yerləşdiriləcək vəseçimini etməmiş şagirdlərə könüllü əsaslarla bu məktəblərə keçmək təklif olunacaq.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM