Azərbaycanda turistik bələdçi-tərcüməçilər institutu yaradılır

19:00 | 14.07.2014
Azərbaycanda turistik bələdçi-tərcüməçilər institutu yaradılır

Azərbaycanda turistik bələdçi-tərcüməçilər institutu yaradılır

Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi bələdçilər institutunun inkişafına dair tədbirlər həyata keçirir.ANN.Az Abc.az-a istinadən xəbər verir ki, Nazirliyin məlumatına görə, bu məsələ Bakıda Avropa oyunlarının keçirilməsinə hazırlıq ərəfəsində daha da aktuallaşır.“Mədəniyyət və Turizm Nazirliyi artıq bələdçilərin fəaliyyətini təkmilləşdirmək və bu sahədə mövcud problemləri aradan qaldırmaq üçün tədbirlər planı hazırlayıb. Avropa oyunlarına hazırlıq çərçivəsində bələdçi-tərcüməçilərin hazırlanması prioritet məsələlərdəndir”, - idarədən bildiriblər.Nazirlikdən eləcə də bildiriblər ki, hal-hazırda ölkədə Nazirlər Kabinetinin qərarı ilə dağ-xizək turizm bələdçiləri, ekoloji turizm və milli parklarda bələdçilər fəaliyyət göstərir. Turistlər üçün tərcüməçiləri Azərbaycan Turizm İnstitutu hazırlayır.//Oxu.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM