ANN.Az xəbər verir ki, ekspert taxıl biçini mövsümündə unun qiymətinin artmasını əmtəəlik buğdanın az olacağı ilə əlaqələndirib: "Əslində mövsümə görə unun qiyməti enməli idi. Özü də dünya bazarında təklifin artması fonunda tələbin azalması müşahidə edilir. Un ixracı ilə məşğul olan ölkələr təklif etdikləri məhsulun qiymətini aşağı salıblar. Ukrayna bir həftə əvvəl əla növ unun 1 tonunu 220-225 dollara satırdı, indi 205-215 dollara endirib. 210-215 dollara təklif olunan 1-ci növ un isə indi 195-205 dollaradır. Azərbaycanda isə un (əla növ) istehlakçılara dünya bazarındakı qiymətlərdən 60 faiz baha, 340 dollara təklif olunur”.
Ekspert məsələ ilə əlaqədar ANN.Az-a açıqlamasında qeyd edib ki, un idxalı, istehsalı, topdan satışı, bütün bunlar demək olar ki, inhisardadır: "İnhisarda olduğuna və bu sahədə rəqabət mühiti olmadığına görə" qiymətlər inhisarçının diktəsi ilə formalaşır. Qiymətləri bazar yox, təklif-tələb deyil, məhz inhisarçılar formalaşdırır. Mövsüm olduğuna görə, taxıl sahələrində biçin işləri davam etdirilir. İddia edilir ki, ölkədə daha çox buğda istehsal olunur. Digər tərəfdən ölkəyə əvvəlki illərlə müqayisə 2 dəfə artıq ərzaq buğdası idxal olunur. Bir tərəfdən idxalın 2 dəfə artması, digər tərəfdən iddia edilən istehsal artımı - belə olan halda unun qiymətinin artması paradoksdur. Bu əslində ondan xəbər verir ki, ölkədə ərzaq buğdası istehsalı, ciddi şəkildə azalıb".
Orxan Aslanlı
Bizi sosial şəbəkələrdə izləyin !